Fəxrəddin Manafovun həyat yoldaşı dəfn edildi

Xəbər verdiyimiz kimi, Xalq artisti Fəxrəddin Manafovun həyat yoldaşı Vahidə Sadıqova dünyasını dəyişib. SİA-nın məlumatına görə, mərhum Xırdalan qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, V.Sadıqova uzun müddətdir xərçəngdən əziyyət çəkirdi. Son günlər səhhəti pisləşən V.Sadıqova xəstəxanaya yerləşdirilmişdi. O, bu gün gecə saatlarında xəstəxanada vəfat edib. Mərhumun 65 yaşı var idi.

V.Sadıqova Azərbaycan dövlət televiziyasında diktor işləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə