Röya Türkiyədə müalicə olunan yaralı qazilərimizi ziyarət edib VİDEO

Xalq artisti Röya Ayxan Türkiyədə müalicə olunan yaralı qazilərimizi ziyarət edib. SİA-nın məlumatına görə, müğənni İstanbulda hərbçilərimizin yer aldığı xəstəxanaya gedərək onlara baş çəkib, səhhətləri ilə maraqlanıb.

O, bu haqda özü xəbər verib: "Bu gün müalicə üçün Türkiyəyə gətirilən qazilərimizə baş çəkdim, çalışdım ki, onları yormadan bir az söhbət edim. İnanın, sağalmaq eşqi ilə ürəkləri döyünür. Onlar kimi mən də çox ümidliyəm. Əhval - ruhiyyələri də yüksəkdir. Ailələrinə sağlam şəkildə qovuşacaqları günü gözləyirlər. Onlara daim dəstək göstərən Cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdaram. Bu oğullarımız əmin əllərdədir.

Üstəgəl xalq da ordusunun arxasındadır. Onların da dəstəyi danılmazdır. Vətəndaşlarımızın "YAŞAT" Fonduna etdiyi ianələr sayəsində neçə igidlər sağlamlığına qovuşur! Hər kəsə minnətdaram".

https://www.instagram.com/p/CLxC3Z2DfN6/?utm_source=ig_web_copy_link

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...