MİHİ Respublika Komitəsi Xocalı soyqırımına həsr olunmuş vebinar keçirib

Fevralın 26-da Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Respublika Komitəsi tərəfindən Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı “Unutma” şüarı ilə MİHİ-nin Regional Komitə sədrləri, “Gənclərlə iş üzrə” və “Gender bərabərliyi üzrə” komissiyalarının nümayəndələri arasında vebinar keçirilib. SİA-nın məlumatına görə, vebinarı MİHİ Respublika Komitəsinin sədri Cəmilə Səttarova açaraq 29 il bundan əvvəl erməni terrorçuları tərəfindən Xocalı sakinlərinə qarşı törədilən vəhşi qətliamdan danışıb.

Sonra Xocalı hadisələri slayd şəkilində vebinar iştirakçılarına təqdim olunub. C.Səttarova təqdimatda Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin müstəsna xidmətini qeyd edib. Bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Xocalı soyqırımının qisasını düşməndən döyüş meydanında alıb. Vurğulayıb ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, vitse-prezidenti Leyla Əliyevanın rəhbərli ilə “Xocalıya ədalət” kampaniyası uzun illərdir dünyada geniş vüsət alıb.

Daha sonra MİHİ Xocalı rayon komitəsinin sədri N.Quliyev faciədən sonra həyatda sağ qalan Xocalı sakinləri haqqında məlumat verib və bugünkü gündə onların psixoloji durumları haqqında danışıb.

Vebinarda MİHİ Xocalı rayon komitəsinin “Gənclərlə iş üzrə” komissiyasının sədri H.Abbasov və başqaları çıxışlarında qeyd ediblər ki, Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir. İnsanlara qarşı bu vəhşiliyi törədənlərin, qətliamın günahkarları öz cəzalarını mütləq almalıdırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...