Amerikanın Dizaynerlər Şurası illik mükafatın nominantlarının adını elan edib. SİA-nın "Vogue" jurnalına istinadən verdiyi məlumata görə, "Ən yaxşı dizayner" adı uğrunda Aleksandr Benq, Mark Ceqkobs və Proenza Schouler moda evindən Ceka Makkalou və Lazaro Ernandes dueti mübarizə aparacaq.
\"Ən yaxşı kişi geyimi dizayneri\" adı uğrunda isə Maykl Bastian, Patrik Ervel və Saymon Spar iddialıdır. \"Aksesuar dizaynerləri\" nominasiyasında da Pronza Schouler moda evindən duet, Aleksandr Benq və Rid Krakoff yarışır. \"Qadın geyimi\" nominasiyasında \"Swarovski\"-dən xüsusi mükafat Cojef Altuzare, Olsen bacıları və ya Prabal Qurunquya çata bilər.
\"Kişi geyimi\" nominasiyasında \"Swarovski\"-dən xüsusi mükafatı yenə də Aleksandr Venq, Filip Lim qazana bilər. Nominasiyalar üzrə qaliblərin adı iyunun 6-da bəlli olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB