Beynəlxalq Mahmud Kaşqari Fondu, böyük şair və fikir adamı, Oljas Süleymanovun yeni kitabını nəşrə hazırlayıb. SİA-nın məlumatına görə, bu il xalqımızın böyük dostu olan Oljas Süleymanovun 75 yaşı tamam olur və bu böyük insanın yubileyi Azərbaycanda da geniş şəkildə qeyd olunacaq.
Bu münasibətlə Beynəlxalq Mahmud Kaşqari Fondu onun elmi məqalələrindən və şeirlərindən ibarət toplu hazırlayıb. Məqalələri və şeirləri Azərbaycan dilinə tanınmış şairlər Elxan Zal və Akif Əhmədgil çeviriblər.
Kitabdakı əsərlərin əksəriyyəti Azərbaycanda ilk dəfə nəşr olunur. Kitab Azərbaycan Respublikası prezidenti yanında QHT-yə Dövlət Dəstəyi Şurasının yardımı ilə nəşrə hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB