Belarusda “Arşın mal alan”ın premyerası olub

Belarusda “Arşın mal alan”ın premyerası olub

Mayın 18-də Minskdə Belarus Akademik Dövlət Musiqili Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun dünyaşöhrətli "Arşın mal alan"operettasının premyerası gerçəkləşib. SİA-nın xəbərinə görə, teatr rəhbərliyinin dəvəti ilə tamaşanı idarə etmək üçün beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Akademik Dövlət Opera və Balet Teatrının dirijoru Əyyub Quliyev dəvət olunub. Tamaşanın quruluşçu rejissoru – Azərbaycanın əməkdar incəsənət xadimi Hafiz Quliyev (Azərbaycan), quruluşçu rəssam Lyubov Sidelnikova (Belarus), bədii tərtibat – Yusif Toker (Türkiyə), quruluşçu baletmeyster – xalq artisti Mədinə Əliyeva (Azərbaycan), quruluşçu xormeyster- Svetlana Petrova. Proyektin əsas təskilatçıları Azərbaycan Respublikasının Belarusdakı səfirliyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Belarus Dövlət Akademik Musiqili Teatrıdır. Lahiyənin müəllifi isə Azərbaycanın Belarusdakı səfiri, professor Əli Nagıyevdir .

Əsas rolların ifaçıları –Evgeniy Yermakov (Əsgər), beynəlxalq müsabiqələr laureatı Marqarita Aleksandroviç (Gülçohrə), Anton Zayançkovskiy (Süleyman), Belarusun xalq artisti Nataliya Qayda (Cahan),Aleksandr Krakovskiy (Sultan bəy), Lidiya Kuzmitskaya (Asya)beynəlxalq müsabiqənin diplomantı Anna Belyayevadır (Telli).

Tamaşadan əvvəl dirijor Əyyub Quliyev vəteatr rəhbərliyinin Belarus KİV nümayəndələri ilə görüşü keçirilib. Həmin görüşdəƏyyub Quliyev bu layihənin xüsusi əhəmiyyətini qeyd edərək, tamaşanın Azərbaycanla Belarus arasında mədəni əlaqələrin inkişafı üçün vacib bir addım olduğunu vurğulayıb.

Eyni zamanda, "Arşın mal alan" tamaşasının bir neçə gün oncə Belarus Milli Teatr Mükafatına irəli sürüldüyü haqda məlumatı eşitdiyi zaman bir azərbaycanlı olaraq qürur hissi keçirdiyini qeyd edib. Tamaşanın premyerası gözlənildiyi kimi böyük musiqi bayramına çevrilib. Uğurlu ifadan sonra dinləyicilər ifaçıları və dirijoru dəfələrlə səhnəyə dəvət ediblər. Teatr rəhbərliyiƏyyub Quliyevi sentyabr ayında Uzeyir Hacıbəylinin doğum gününə həsr olunmuş tamaşaya dirijorluq etmək üçün Minskə yenidən dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə