64-cü Cann film festivalında deyilən şok sözlər gündəmə damğasını vurub. SİA-nın məlumatına görə, danimarkalı rejissor Lars Von Trier festivalda Adolf Hitlerlə bağlı qalmaqallı sözlər deyib. Belə ki, Trier jurnalistlərə açıqlaması zamanı Hitleri anladığını deyib: \"Hitleri başa düşürəm, o qədər də fərli adam deyil, amma yenə də onu anlayır, hətta bir az da simpatiya duyuram\".
Yəhudilərə qarşı olmadığını deyən rejissor İsrailin artıq ürək bulandırdığını ifadə edib: \"Yəhudi tərəfdarı deyiləm. Düzdür, onlara qarşı da deyiləm, amma bunu etiraf etməliyəm ki, İsrail artıq həqiqətən də can sıxmağa başlayıb. Hər addımı ilə ürək bulandırır\".
Qeyd edək ki, Trier festivalda, baş rollarda Kirsten Dunst və Şarlotte Gainsbourqun oynadığı \"Melanxoliya\" adlı film ilə iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB