“Şirvanşahlar Sarayı Kompleksi” Beynəlxalq Muzeylər Gününə həsr olunan tədbir keçirib- FOTOSESSİYA
Bu gün "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi- memarlıq qoruq muzeyi 18 May- Beynəlxalq Muzeylər Gününə həsr olunan tədbir keçirib. SİA-nın məlumatına görə, muzeyin direktoru Rəna Rzayeva açıqlamasında bildirib ki, muzey öz peşə bayramına böyük sevgi ilə hazırlaşıb.
O qeyd edib ki, muzeyin kollektivinin tədbiri keçirməkdə əsas məqsədi gündən günə yeniləşən, inkişaf edən müstəqil Azərbaycanın zəngin tarixini şəhərimizdəki xarici qonaqlara tanıtdırmaq, sevdirməkdir.
Beynəlxalq Muzeylər Gününə həsr edilən tədbirdə "İçəri Şəhər" xalq çalğı alətləri ansamblı və Musiqili Komediya teatrının nəzdində fəaliyyət göstərən "Təbəssüm" uşaq rəqs ansamblı üzvlərinin çıxışı təşkil edilib.
Sarayın "Ziyafət" zalında isə "Günay" uşaq studiyasının Şekspirin əsərləri əsasında hazırlanan "Məhəbbət əfsanəsi" tamaşası nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB