Çində Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Çində Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
Mayın 24-dən 27-dək Çin Xalq Respublikasında Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. SİA-nın məlumatına görə, iki ölkə arasında mədəni sahədə əlaqələri möhkəmləndirmək, Azərbaycan mədəniyyətini Çində daha geniş tanıtmaq məqsədi daşıyan tədbir çərçivəsində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, Dövlət Rəqs Ansamblının solistlərinin və muğam ifaçılarının çıxışları, Azərbaycana həsr olunan fotosərginin, habelə milli geyimlərimizdən və miniatür kitablardan ibarət sərgilərin təşkili nəzərdə tutulub.

Mədəniyyət günləri çərçivəsində Azərbaycan incəsənət ustaları Çinin tarixi şəhərlərindən olan Yentayda da konsert proqramı ilə çıxış edəcəklər.

Bundan əlavə, Azərbaycan rəsmi nümayəndə heyətinin ÇXR-in Mədəniyyət Nazirliyində, Çin Milli Turizm Administrasiyasında, Çin Milli Muzeyində görüşləri də planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə