Alman mətbuatı “Eurovision”un ilk turunda sürpriz nəticələr qeydə alındığını yazıb

Alman mətbuatı “Eurovision”un ilk turunda sürpriz nəticələr qeydə alındığını yazıb

Ötən gecə baş tutan ilk seçmə turdan sonra Alman mətbuatında müxtəlif fikirlər səslənməkdədir. SİA-nın Almaniyadakı xüsusi müxbirinin xəbərinə görə, həmyerlilərimizin çıxışı birmənalı müsbət qarşılanıb və onların finalda iştirakının əvvəlcədən də heç kimdə şübhə doğurmadığı qeyd olunub.

 

Nüfuzlu "HamburgerAbendBlatt" qəzeti azərbaycanlı ifaçıların çıxışının həm ifa, həm səhnə davranışı, həm də təqdimat səviyyəsinin yüksəkliyi baxımından ideal qiymətləndirib. Qəzet sürpriz nəticələrin də qeydə alındığını yazır.

 

Xüsusən turk təmsilçilərinin finala çıxa bilməməsi təəccüblə qarşılanıb. Mətbu orqan mütəxəssislərin fikirlərinə istinadən yazır ki, Turkiyə artıq finala vəsiqə qazanmış bir çox iştirakçılardan, məsələn İslandiyadan dəfələrlə yaxşı çıxış edib. Ermənilərin çıxışı isə birmənalı qarşılanmayıb. Əksər mütəxəssislər ifanı çox aşağı səviyyədə qiymətləndiriblər, amma bəzi sözçülər ermənilərin də Azərbaycan və Gürcüstanla birlikdə finalda iştirakının maraqlı ola biləcəyini yazır.

 

"Nachrichten.de" agentliyi də 3 Qafqaz ölkəsi içində Ermənistanın həqiqətən də zəif çıxışını qeyd edir. Türkiyənin də gözlənildiyindən zəif çıxış etdiyini qeyd edən agentlik, buna baxmayaraq onları finala layiq hesab edib. Yeri gəlmişkən əksər alman mətbu orqanları Rusiyanın çıxışını yüksək qiymətləndirib. Hələlik yalnız ilk seçmə tur keçirilsə də bir çox mütəxəssislər artıq Düsseldorf şəhərinin maraqlı nəticələrə şahid olacağından yazır.

Bütün xəbərlər Facebook səhifəmizdə