Astarada rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşəbbüsü ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibəti ilə Heydər Əliyev Mərkəzinin qarşısında IV Kitab Bayramı keçirilib. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Bayramda rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayon ictimaiyyəti, mədəniyyət, təhsil müəssisələrinin əməkdaşları, rayon məktəbliləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Astara rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov açaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin xilaskarı kimi fəaliyyətindən, respublikada bütün sahələrdə gedən inkişaf prosesindən danışaraq Astara rayonunun da son dövrlər böyük inkişaf yolu keçdiyini qeyd edib.
Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Şadoğlan Bayramov çıxışında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə respublikanın regionlarında keçirilən ənənəvi kitab bayramının əhəmiyyətindən söz açıb.
Sonra tədbirdə rayon MKS-nin direktoru Nazim Fərəməzov kitab bayramının əhəmiyyətindən geniş söz açıb. O, kitab bayramının gənc istedadların bilik və bacarıqlarının üzə çıxmasında önəmli rolu olduğunu bildirib.
Kitab bayramında rayonun Kakalos kənd mədəniyyət evinin "Əvəsor" kollektivinin və "Nəcib Qızlar klubu"nun üzvlərinin əl işləri, habelə Astara rayon Tarix-Diyarşünaslıq Muzeyində saxlanan maraqlı eksponatlar və rayon MKS-nin təşkil etdiyi kitab sərgiləri nümayiş etdirilib.
Tədbirdə bir çox maraqlı müsabiqələr, viktorinalar, habelə rayon məktəblərinin və Mədəniyyət Evinin rəqs kollektivləri və rayon Uşaq Musiqi məktəbinin şagirdlərinin çıxışları böyük maraqla qarşılanıb. Tədbirin sonunda Qaliblər fəxri fərmanlarla təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB