Daha 2 yeni Azərbaycan filminin premyerası olacaq

Daha 2 yeni Azərbaycan filminin premyerası olacaq
Mayın sonunda rejissor Ülviyyə Könülün quruluş verdiyi "Vəkil haradadır?" filminin premyerası keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsindən məlumat verilib. Məlumata görə, plyonkada çəkilən bu filmin təqdimatı "Azərbaycan" kinoteatrında baş tutacaq.

Bununla yanaşı, kompüter qrafikası ilə çəkilən "Onun ürəyi" filmi isə iyunun 1-də - "Beynəlxalq uşaqları müdafiə günü"ndə Teatr Xadimləri İttifaqının zalında təqdim olunacaq.

25 dəqiqəlik filmin ssenari müəllifi və rejissoru Samir Kərimoğlu, bəstəkarı Vüqar Camalzadə, operatoru Nadir Mehdiyev, qrafisti Tural Səfərovdur.

Filmdə baş rolları Murad Abdullayev (Qədran), Aysel İbrahimova (Pəri) ifa edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə