Kitabxana görkəmli dramaturq İlyas Əfəndiyev yaradıcılığına müraciət edib VİDEO

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi görkəmli yazıçı, dramaturq İlyas Əfəndiyevin "Dağlar arxasında üç dost" əsəri haqqında videoçarx hazırlayıb. Bu barədə SİA-ya Baş İdarədən bildirilib.

"Dağlar arxasında üç dost" əsəri (1963) İlyas Əfəndiyevin ən çox sevilən romanlarından biri hesab olunur. Müəllifin digər roman və dram əsərlərində olduğu kimi, bu əsərin də süjet xətti real hadisələrlə zəngin, kəskin dəyişkən xətt üzrə gedir. Əsərin məzmunu, əsasən məhəbbət və ailə dramından ibarətdir. Əsərdə səmimi dostluq və ülvi məhəbbət hissləri ilə yanaşı, müxtəlif insan xarakterlərindən də söhbət açılır. Romanın dili də çox sadə olduğundan birnəfəsə oxunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...