Yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə İmişli rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi tərəfindən sosial dəstəyə ehtiyacı olan aztəminatlı, kimsəsiz və tənha yaşayan rayon sakinlərinə maddi yardımlar göstərilməsi sahəsində müvafiq işlər davam etdirilir.
Kürdəmir Regional Mədəniyyət İdarəsindən SİA-ya verilən məlumata görə, kitabxana işçiləri Qaradonlu kənd kitabxana filialının əməkdaşları Aidə Musayeva və Elariz Əliyevin evlərinə gedərək onlara baş çəkib, qayğıları ilə maraqlanıb və hər iki ailəyə maddi yardım göstəriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB