Mərhum zabitimiz Rəşad Atakişiyevin anım gününə həsr olunmuş videoçarx hazırlanıb

Mərhum zabitimiz Rəşad Atakişiyevin anım gününə həsr olunmuş videoçarx hazırlanıb

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının fəxri oxucusu, şairə, yazıçı-publisist Sevinc Ağa Xəlilqızı Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Hərbi Hava Qüvvələrinin zabiti Rəşad Atakişiyevin anım gününə həsr etdiyi videoçarxı kitabxanaya təqdim edib.

Bu barədə SİA-ya Yasamal rayon MKS-dən məlumat verilib. Qeyd olunub ki, 2019-cu il iyul ayının 24-də təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə rabitə əlaqəsi kəsilib və qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev həlak olub.

Videoçarxda Sevinc Ağa Xəlilqızının Rəşad Atakişiyevə həsr etdiyi şeir və polkovnik-leytenantın fotoları təqdim olunur. Videoçarx Murat Başaranın ifa etdiyi “Gülümse Anne” türküsü ilə müşayiət edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə