“Azərbaycan bayrağı” şeiri təqdim olunub

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı yeni layihəyə start verib. Layihəyə əsasən, kitabxananın fəxri oxucuları, vətənpərvər ruhlu şair və yazıçıların qələmə aldıqları yazılarla Azərbaycan əsgərlərinə dəstək olurlar.

Kitabxanadan SİA-ya bildirilib ki, “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsinə qoşulan şair Ramiz Qusarçaylı şəhidlərimizin qürur mənbəyi olan Azərbaycan bayrağına həsr etdiyi yeni şeirini virtual oxuculara təqdim edib.

Vətənin azadlığı naminə döyüşə hazır olan Ramiz Qusarçaylının “Ulduzunu, ayını göydə mələklər ötər, Hər rəngində “ya qazi, ya şəhid” bir mən bitər” misralarının yer aldığı “Azərbaycan bayrağı” adlı şeiri azadlıq eşqi ilə yanan xalqın səsi oldu.

Bütün xəbərlər Facebook səhifəmizdə