“Kitabxana – koronavirusa yox deyir!” adlı layihə davam edir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasının “Kitabxana – koronavirusa yox deyir!” adlı layihəsi çərçivəsində keçirilən “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına bu günədək bir çox tanınmış şair və yazıçılar qoşularaq əsərlərini təqdim ediblər.

İdarədən SİA-ya bildirilib ki, dünyada yayılmış koronavirus (COVID-19) pandemiyası ilə mübarizə və koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan karantin rejimi ilə əlaqədar olaraq kitabxana oxuculara virtual xidmət göstərir.

Şair-qəzəlxan, Azərbaycan Yazıçılar Birliyinin, "Məcməüş-Şüəra" və "Vahid" ədəbi məclislərinin üzvü Əli Əmirov (Ələmi) yeni yazdığı “Özümüz qanmalıyıq” şeirini kitabxanaya təqdim edib və insanları ehtiyatlı olmağa səsləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...