Aydın Kazımzadə izləyicilərin görüşünə gələcək

Azərbaycan kinosunun görkəmli nümayəndəsi, tanınmış jurnalist və kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin #senetinledestekol çağırışına qoşularaq iyunun 29-da canlı efirdə izləyicilərin görüşünə gələcək.

İdarədən SİA-ya bildirilib ki, Azərbaycan kinosunun təşəkkülü, korifey sənətkarlar, kadrarxası hadisələr və bir filmin araya-ərsəyə gəlməsi üçün keçilən məşəqqətli yollar, milli kinomuzun janr müxtəlifliyi və problemləri ətrafında söhbətə siz də qoşula və Baş İdarənin @bakimedeniyyetidaresi rəsmi “Instagram” səhifəsindən Aydın müəllimə suallarınızı ünvanlaya bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə