BMM "Muğam axşamları" adlı genişmiqyaslı onlayn layihəni uğurla həyata keçirir VİDEO

Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları” adlı layihəsinin konsertləri mərkəzin "Youtube" kanalı vasitəsilə yayımlanaraq izləyicilərə təqdim olunur. SİA-nın məlumatına görə, BMM-nin yeni yaradılan TV studiyası tərəfindən BMM-nin "Youtube" kanalı, "Facebook" və "İnstagram" səhifələri vasitəsilə yayımlayanan konsertlərdə solistlərimiz bir-birindən fərqli ifalarını muğamsevərlərə təqdim edirlər. Bu günə kimi layihə çərçivəsində 4 konsert çəkilərək nümayiş olunub. Xanəndələrin ifasında muğam və təsniflər səslənib. Muğam televiziya müsabiqəsinin qalibləri Almaxanım Əhmədli, Hüseyn Məlikov, Rəvanə Qurbanova və Elgiz Əliyevin çıxışları izləyicilər tərəfindən maraqla qarşılanıb.

Layihənin konsertlərini təqdim olunan linkdən izləyə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə