“Akademik Ziyad Səmədzadə” adlı sərgi virtual rejimdə təqdim edilir
Bu gün akademik Ziyad Səmədzadənin doğum günüdür. Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Akademik Ziyad Səmədzadə” adlı sərgi virtual rejimdə təqdim olunub.
Kitabxanadan SİA-ya bildirilib ki, sərgidə rəsmi sənədlər, akademikin fəaliyyətini əks etdirən fotolar, dövri-mətbuat resursları və alimin Azərbaycan, rus dillərində müəllifi, redaktoru, layihə rəhbəri olduğu kitabların elektron versiyaları yer alıb.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Ziyad_Semedzade/index.html linkindən istifadə edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB