Musiqli Teatrın əməkdaşları beynəlxalq konfransa qatılacaqlar

Azərbaycan Dövlət Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsanət xadimi Əliqismət Lalayev və teatrın əməkdaşı, teatr tənqidçisi Emin Əliyev iyunun 10-dan 12-dək Avropa Teatr Konvensiyasının (ETC) təşkil etdiyi beynəlxalq onlayn konfransa qatılacaq.

Teatrın mətbuat xidmətindən SİA-ya bildirilib ki, sənət ocağının əməkdaşları bu ilin fevral ayında Avstriyanın Qraz şəhərində keçiriləcək “Yeni yazılar” adlı beynəlxalq konfransa da dəvət almışdılar, lakin pandemiya səbəbindən konfrans təxirə salındığına üçün gələn ilə keçirildi.

Konfransın proqramında yeni üzvlər və qonaqlarla tanışlıq, sənət mübadiləsi, panel müzakirəsi, vebinar və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində bir sıra görüşlər nəzərdə tutulub.

Qeyd edək ki, Avropa Teatr Konvensiyası Avropanın ən böyük teatr təşkilatlarından biridir və keçirdiyi bir sıra tədbirlərlə yanaşı, ildə iki dəfə genişmiqyaslı elmi konfrans təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə