Uşaqların çəkdiyi şəkillər kitabxanada FOTOLAR

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar uşaqların çəkdiyi şəkilləri təqdim edib.

SİA-nın məlumatına görə, kitabsevər və mütaliəsevər uşaqlar – Arif Hüseynzadə adına 20 nömrəli liseyin 4-cü sinif şagirdi Ceyran Hüseynova, 244 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi Əsma Məmmədova, 4 yaşlı Nəzrin Məmmədova, 60 nömrəli tam orta məktəbin 2-ci sinif şagirdi Aminə Quliyeva, 53 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdləri Həmid Tağıyev, Murad Əhmədzadə və 6-cı sinif şagirdi Lalə Tağıyeva, Samir Hacıyev adına 5 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi Aylin Hacıyeva maraqlı rəsmlər çəkiblər.

Yuxarıda adı qeyd olunan uşaqlar uşaq yazıçısı, şairə Sevinc Ağa Xəlilqızının “Bu dünyanın fidanları” uşaq kitabının qəhrəmanlarıdır.

Kitabsevər uşaqların çəkdiyi bir-birindən maraqlı cizgiləri olan rəsmlər kitabxanaya təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə