Lalə Azərtaşın ailəsində ağır itki üz verib FOTO

Aparıcı Lalə Azərtaşın ailəsində ağır itki üz verib. SİA-nın məlumatına görə, aparıcının dayısı dünyasını dəyişib.

Bu haqda L.Azərtaşın özü məlumat verib. Belə ki, o, dayısı ilə fotolarını sosial şəbəkədə yayımlayaraq bu sözləri yazıb: "İlqar dayım... Dayı, niyə belə sürpriz etdin? Adam belə işə imza atar? Deyirlər, yaxşı oğul dayısına bənzəyər. Mən də sənə bənzəyirdim. Allahın məsləhətinə hamımız tabeyik, amma çox çətindir. 3 gündür yoxluğunla barışmıram. Ölənə qədər də çətin barışam. Sənlə necə fəxr edirdim. Ölüm sənə heç yaraşmadı. Sən evdən yox, eldən getdin".

Bütün xəbərlər Facebook səhifəmizdə