Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı karantin günlərində də fəaliyyətlərini davam etdirilər. Kitabxanadan SİA-ya bildirilib ki, kitabxana əməkdaşları Aprel döyüşlərində şəhid olmuş igid döyüşçü Sarvan Mehralıyev haqqında videoslaydlar hazırlayıb.
Əslən Xocalı rayonundan olan Sarvan Mehralıyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Aprelin 3-ü Sarvan Mehralıyev Ağdam rayonunun Üçoğlan kəndində son mənzilə yola salınıb.
Sarvan Mehralıyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB