“Qırmızıpapaq” tamaşası nümayiş etdiriləcək

“Qırmızıpapaq” tamaşası nümayiş etdiriləcək

Mayın 5-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün “Facebook” və “YouTube” kanalından “Qırmızıpapaq” tamaşasını nümayiş etdirəcək. SİA-nın məlumatına görə, Şarl Perronun dünyaca məşhur əsərinə teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. Tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.

Rejissor əsərə tam fərqli prizmadan baxmağa çalışıb. Bir saatlıq kukla tamaşası özünün milli üslubda tərtibatı və mahnılarının rəngarəngliyi ilə də seçilir. Belə ki, tamaşada mahnıları Xalq artistləri Flora Kərimova, Gülyaz Məmmədova, Tünzalə Ağayeva, Əməkdar artistlər Anar Şuşalı, Lalə Məmmədova, müğənnilər Samirə Əfəndiyeva, Ceyhun Zeynalov, İlham Nəzərov ifa edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə