Kitabxana #senetinledestekle çağırışı çərçivəsində konsert təşkil edib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin #senetinledestekle çağırışı çərçivəsində Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası konsert təşkil edib. İdarədən SİA-ya bildirilib ki, canlı yayımda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi, gənc xanəndə Vüqar Əbilov hər kəs tərəfindən sevilən Azərbaycan mahnıları ilə çıxış edib. Müğənnini tarda Saleh Salahov, kamançada Fərrux Haşımov, zərb alətlərində Əkbər Məmmədov müşayiət ediblər.
Evdən canlı konsert proqramı ilə çıxış edən müğənni layihənin təşkili üçün Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə öz təşəkkürünü bildirib, hər kəsə evdən çıxmamağı tövsiyə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB