İncəsənətin hazırkı durumu və perspektivləri müzakirə edilib

İncəsənətin hazırkı durumu və perspektivləri müzakirə edilib

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Koronavirusun mədəniyyət və incəsənətə təsiri, postpandemiya dövründə çağdaş incəsənət perspektivləri” mövzusunda videokonfrans keçirilib. SİA-nın məlumatına görə, Türkiyə və Azərbaycanın tanınmış incəsənət mütəxəssislərinin iştirakı ilə keçirilən konfransda hazırkı pandemiya dövründə və gələcəkdə incəsənətin durumu, perspektivləri müzakirə edilib.

Konfrans Mədəniyyət Nazirliyi təsviri sənət sektorunun müdiri Qalib Qasımov, İstanbul Yeditepe Universitetinin professoru Teymur Rzayev, “Yeni Gallery” Bakı İncəsənət Mərkəzinin rəhbəri, kolleksiyaçı Rafael Gülməmmədli, Konya Selçuk Universitetinin professoru Orxan Cəbrailoğlu, İstanbul Beykent Universitetinin müəllimi Sema Özevin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışan rəssam Vüqar Əli, Elazığı Fırat Universitetinin müəllimi Tahir Çelikbağ, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti kuratoru, pedaqoq Mehbarə Abbasova, kolleksiyaçı Siyavuş Əlizadə, Ankaradan azərbaycanlı rəssam Həmid Alioğlu və Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi Vaqif Muğallının iştirakı ilə baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə