İordaniya ilə “2011- 2013-cü illər əməkdaşlıq haqqında tədbirlər planı” imzalanıb

İordaniya ilə “2011- 2013-cü illər əməkdaşlıq haqqında tədbirlər planı” imzalanıb
Bu gün Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və İordaniyanın Haşimilər krallığının mədəniyyət naziri Tariq Masarva arasında "2011- 2013-cü illər əməkdaşlıq haqqında tədbirlər planı" imzalanıb.

SİA-nın məlumatına görə, imzalanmadan sonra hər iki nazirlər qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıblar. İordaniyalı qonaq Azərbaycanın çox zəngin mədəniyyətə malik olduğunu söyləyib və bu mədəniyyətin İordaniyada təbliğatı yönündə lazımi layihələrin həyata keçiriləcəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə