Pantomima Teatrının mart REPERTUARI

Azərbaycan Dövlət Pantomima Teatrı martda maraqlı tamaşalarla çıxış edəcək. Teatrdan SİA-ya bildirilib ki, sənət ocağının repertuarında xüsusi yer tutan “Ağ bığlılar” martın 1-də,

“Qoca və Mələk” 7-də, “Adagio” isə 8-də teatrsevərlərin ixtiyarına veriləcək. Bundan başqa, martın 14-də “İt gəzdirən xanım” tamaşası, 15-də “6+1 nömrəli palata”, 28-də “Dejevü”, 29-da “Katarsis” tamaşaları göstəriləcək.

Səhnə əsərləri bir qayda olaraq saat 18:00-da nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...