Bəstəkarlar İttifaqında Firudin Qurbanov ilə görüş olub FOTOLAR
Azərbaycan Bəstəkarlar İttifaqında Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov ilə görüş olub. SİA-nın məlumatına görə, görüşdə nazir müavini F.Qurbanov dövlət başçısı möhtərəm Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Bakı Dövlət Universitetinin 100 illik yubileyinin yüksək səviyyədə qeyd olunmasından, həmçinin bu münasibətlə təhsil naziri Ceyhun Bayramovun da müvafiq əmri ilə təsis edilmiş "Bakı Dövlət Universitetinin 100 illiyi" medalından söz açıb. Qeyd olunub ki, bu medal Bakı Dövlət Universitetinin fəaliyyətində rolu olmuş Azərbaycanın görkəmli elm, mədəniyyət və incəsənət xadimlərinə təqdim edilir.
F.Qurbanov daha sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbiri üzvü Firəngiz Əlizadənin də Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konserevatoriyasında (hazırda Bakı Musiqi Akademiyası- İ.H) müəllim, baş müəllim, dosent, nəhayət professor kimi 30 illik pedoqoji fəaliyyətinə, həmçinin dünyanın mötəbər konservatoriyalarında keçirdiyi ustad dərslərinə görə nazir Ceyhun Bayramovun əmri ilə "Bakı Dövlət Universitetinin 100 illiyi" medalına layiq görüldüyünü bildirib və medalı təqdim edib.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, professor Firəngiz Əlizadə də öz növbəsində təltifə və diqqətə görə Firudin Qurbanova minnətdarlığını bildirib və təhsil naziri Ceyhun Bayramova təşəkkürlərini çatdırmağı xahiş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB