“Banu” rəqs kollektivi festivalda uğurla iştirak edib FOTOLAR

“Banu” rəqs kollektivi festivalda uğurla iştirak edib FOTOLAR

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Mingəçevir şəhər şəhid Fəxrəddin Qasımov adına Uşaq İncəsənət Məktəbinin “Banu” rəqs kollektivi Türkiyədə keçirilən tədbirdə uğurla iştirak edib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, festival Qəhrəmanmaraş şəhərində Milli Mücadilənin 100 illiyi münasibətilə keçirilib.

Festival çərçivəsində “Banu” rəqs kollektivinin bir-birindən maraqlı rəqs nümunələri qonaqlarda xoş əhval-ruhiyyə yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə