Xalq artistinin “Mazepa” operasının konsert ifası təqdim olunacaq
Martın 7-8-də Rusiya Dövlət Akademik Böyük Teatrında P.Çaykovskinin “Mazepa” operasının konsert ifası təqdim olunacaq. SİA-nın məlumatına görə, Mazepanın partiyasını martın 8-də Azərbaycanın Xalq artisti Elçin Əzizov (bariton) ifa edəcək.
Elçin Əzizov 2008-ci ildən Böyük Teatrın solistidir. O, P.Çaykovskinin “İolanta” və “Qaratoxmaq qadın”, S.Prokofyevin “Üç portağal sevgisi”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, J.Bizenin “Karmen”, M.Musorqskinin “Boris Qodunov”, C.Verdinin “Traviata”, “Don Karlos”, A.Borodinin “Knyaz İqor” operalarında və digər səhnə əsərlərində yaddaqalan obrazlar yaradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB