Gənc vokalist Ramil Qasımovun tələbəsi Sankt-Peterburqda beynəlxalq müsabiqədə iştirak edəcək

Gənc vokalist Ramil Qasımovun tələbəsi Sankt-Peterburqda beynəlxalq müsabiqədə iştirak edəcək
Musiqili Komediya Teatrının solisti, vokalist Ramil Qasımovun tələbəsi 10 yaşlı Yasin Həsənov aprelin 7- dən 11-nə kimi Sankt-Peterburqda keçirilən "Uşaqlığın bayramı" adlı XI Beynəlxalq uşaq vokal müsabiqəsində iştirak edəcək. SİA-nın məlumatına görə, bu barədə Ramil Qasımov açıqlamasında bildirib.

Yasinin müəllimi Ramil Qasımovun sözlərinə görə, o, 10 yaşlı Yasinə böyük ümidlər bəsləyir.

Qeyd edək ki, R. Qasımovun bu yaxınlarda Opera və Balet Teatrında ifa etdiyi Koroğlu obrazına görə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da səbəbkarı təbrik edib.

"Səmimi qəlbdən Koroğlu rolundakı ilk çıxışını təbrik edirəm. Çox sevinirəm ki, bu gün istedadlı gənc vokalçılar, Bülbül vokal məktəbinin davamçıları yetişir. Azərbaycan milli operasının - əfsanəvi Koroğlunun baş partiyasını ifa edən hər yeni ifaçı təkcə bir vokalçının şəxsi uğuru deyil, bu – Azərbaycanın teatral həyatında parlaq bir hadisədir. Bu – yaradıcı bioqrafiyada çox yüksək nailiyyətdir! Lakin unutmaq lazım deyil ki, şöhrət qazanmaq və tamaşaçılar tərəfindən "qəbul edilmək" üçün təkcə gözəl səs və savada malik olmaqla, həm də dahi Üzeyir bəyin musiqi aləminə qərq olmaq, Azərbaycan tarixini mükəmməl bilmək və daim öz üzərində işləmək lazımdır. Səni premyeranın uğurlu keçməsi münasibəti ilə təbrik edirəm. Bir daha böyük uğurlar arzulayıram!",- səfir P. Bülbül oğlu əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə