“Tanqo rəqsi – azadlıq yanğısı” kitabı işıq üzü görüb

Dövlət Tərcümə Mərkəzi ilə Argentinanın Azərbaycandakı Səfirliyinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gətirilmiş “Tanqo rəqsi – azadlıq yanğısı” (Rodolfo Dinsel) kitabı işıq üzü görüb. Tərcümə Mərkəzindən SİA-ya bildirilib ki, kitabda tanqo rəqsinin tarixi, mahiyyəti, fəlsəfəsi, estetika və texnikası barədə geniş və müfəssəl bilgilər yer alır.

Əsər Argentinanın Xarici İşlər və Etiqad Nazirliyinin dəstəyi ilə tərcümə və nəşr edilib.

Kitab mənbəşünaslar, xoreoqrafiya üzrə mütəxəssislər, eləcə də, mədəniyyət fenomeni kimi rəqs tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə