Beynəlxalq müsabiqəyə 50-dən çox ölkənin pianoçusu qatılacaq

Polşada keçiriləcək Frederik Şopen adlı klassik musiqi müsabiqəsində 500-dən çox pianoçu iştirak edəcək. SİA xəbər verir ki, müsabiqəyə Azərbaycanla yanaşı, dünyanın 53 ölkəsindən 16-30 yaşlı musiqiçilər qatılacaqlar.

Beynəlxalq müsabiqə artıq 18-ci dəfə təşkil olunur. İştirakçıların sayı ilbəil artır. Təkcə Çindən müsabiqədə iştirak üçün 100-dən çox pianoçu ərizə təqdim edib. Müsabiqənin seçim mərhələsi aprelin 17-28-də keçiriləcək. Qaliblər oktyabrın 2-də keçiriləcək finalda bəlli olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə