Sumqayıt Dövlət Dram Teatrında Xalq artistinin 80 illiyi qeyd olunub FOTOLAR

Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyi hər zaman burda çalışmış və hazırda fəaliyyət göstərən insanlara xüsusi qayğı və diqqətlə yanaşıb. Teatrdan SİA-ya verilən xəbərə görə, zamanında Azərbaycan teatrına töhvə vermiş sənət adamları premyeralara dəvət olunur, onların doğum günləri, yubileyləri diqqətdən kənar qalmır.

Bugün Sumqayıt Dövlət Dram Teatrının səhnəsində yetərincə maraqlı, xarakterik obrazlar yaratmış Svetlana Həkimovanın 80 illik yubileyi qeyd olunub. Teatrın direktoru Əməkdar artist Mübariz Həmidov sənətkarı təbrik etdi, dövlətin mədəniyyətə qayğısını vurğulayıb. O cümlədən Sumqayıtın sosial- mədəni inkişafından söz açdı və bu inıişaf palitrasında teatrın da öz çalarlarının olduğundan qürur duyduğunu söyləyib. Direktor müavinləri Əməkdar artist Vidadi Məmmədov, Maya Məmmədova, quruluşçu rejissor Əməkdar artist Namis Şirməmmədov, istedadlı aktrisa Əməkdar artist İlahə Səfərova və digər aktyorlar çıxışlarında Svetlana xanımın teatrda, televiziyada, şəhərin mədəni-kütləvi tədbirlərində oynadığı obrazlara nəzər salıblar. Xalq artistinin oyun tərzindən, səhnədə çevikliyindən, inprovizə qabiliyyətindən danışıblar. Qeyd olunub ki, Svetlana Həkimovanın yaratdığı “Solğun çiçəklər”- Sara, “Qaraca qız”- Gülğəri nənə, “Demoklisin qılıncı”- Hakimin qızı və bir sıra obrazları bugün də yaddaşlarda qalır. Sonda teatrın direktoru Əməkdar artist Mübriz Həmidov Sumqayıt Dövlət Dram Teatrının kollektivi adından Svetlana xanıma bir daha təbrikini bildirdi və teatr kollektivi adından hədiyə təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...