Euronews kanalı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun çəkilişlərini yayımlayacaq
Aprelin 7-dən 9-dək Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcək. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, artıq 20 dövlətin (Avstriya, Çexiya, Sloveniya, Rumıniya, Bolqarıstan, Səudiyyə Ərəbistanı, Bəhreyn, İordaniya, Tailand, Gürcüstan, Bruney, Əfqanıstan, Kuba, Efiopiya, Qırğızıstan, Makedoniya, Qətər, Toqo, Ukrayna, Latviya) mədəniyyət nazirlərinin, bir neçə ölkənin (Peru, Litva, Küveyt) nazir müavinlərinin, aparıcı beynəlxalq təşkilatların, o cümlədən UNESCO-nun Baş katibinin, İSESCO-nun Baş direktorunun, Avropa Şurasının Baş katibinin, eyni zamanda, Avropa Şurası Parlament Assambleyası prezidentinin, bir sıra dünya şəhərlərinin merlərinin, görkəmli mədəniyyət və incəsənət xadimlərinin forumda iştirakı rəsmən təsdiqlənib.
Ümumiyyətlə, tədbirdə 400-dən çox nüfuzlu nümayəndənin iştirakı nəzərdə tutulur. Aprelin 7-9-da Bakının demək olar ki, bütün qitələr və dünya xalqları mədəniyyətlərinin ab-havasına köklənəcəyi əsas götürülərək Forumda Mədəniyyətlərarası Əməkdaşlıq Platformasının əsasının qoyulması nəzərdə tutulur.
Tədbirdə təmsil olunacaq Avropa, Asiya, Amerika, Afrika, Avstraliya qitələrinin adlarının Azərbaycan dilində "A" hərfi ilə başlandığı nəzərə alınaraq rəmzi olaraq yeni platformanın adı "5 A" kimi təklif edilir.
Forum zamanı "Layihə və təşəbbüslərin təqdimatı" adlı tədbir də nəzərdə tutulur. Bu tədbir çərçivəsində Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı, YUNESKO, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və Azərbaycan tərəfi özlərinin layihə və təşəbbüslərini nümayiş etdirəcəklər.
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Euronews arasında imzalanan müqaviləyə əsasən telekanal Forumda çəkiliş aparacaq və tədbirdən sonra 1 həftə ərzində 20 dəfə 20 dildə nümayiş etdirəcək.
Artıq Bakı görüşünə hazırlıqla bağlı Azərbaycanın Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin, UNESCO-nun, Avropa Şurası və onun Şimal-Cənub Mərkəzinin, BMT-nin Sivilizasiyalar Alyansının təmsilçilərindən ibarət Forumun İşçi Qrupunun Fransanın Paris və Strasburq şəhərlərində 4 iclası keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB