20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı tədbir keçirilib FOTOLAR

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə silsilə tədbirlər təşkil edib. SİA-nın məlumatına görə, Yasamal rayonu 176 nömrəli orta məktəbdə “20 Yanvar - qanlı və şanlı gecə” adlı ədəbi gecə keçirilib.

Tədbirdə kitabxananın əməkdaşları 20 Yanvar faciəsi, şəhidlər mövzusunda çıxışlar edib, şagirdlər şeirlər söyləyiblər. Məktəbdə tədbirin davamı olaraq şagirdlər 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi kompozisiyalarla çıxışlar ediblər.

Respublika Gənclər Kitabxanasının növbəti tədbiri “20 Yanvar faciəsini unutmayaq” adlı dəyirmi masa olub. Tədbirdə kitabxananın elmi işlər üzrə direktor müavini X.Musayeva Prezident İlham Əliyevin 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində gördüyü işlərdən danışıb.

Kitabxananın əməkdaşlarından Q.Mustafayeva “Tarixin şəhid qanı ilə yazılan səhifəsi”, N.Cəlilova “Şəhidlik zirvəsi”, L.Xasıyeva “20 Yanvar - qəhrəmanlıq tarixi”, L.Cəfərova “Yaddaşların qanlı tarixi” adlı məruzələrlə çıxışlar ediblər.

20 Yanvar faciəsini əks etdirən filmin nümayişindən sonra “Qanlı yanvar, qan yaddaşımız” adlı kitab sərgisinə baxış keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...