Bu il Sumqayıt Dövlət Dram Teatrında ilk dəfə dahi Üzeyir Hacıbəylinin məşhur "O olmasın , bu olsun" komediyası yeni formatda Sumqayıt tamaşaçılarına təqdim ediləcək. Teatrdan SİA-ya verilən xəbərə görə, tamaşanın quruluşçu rejissoru əməkdar artist Namis Şirməmmədov, quruluşçu rəssamı Elşən Sərxan oğlu, musiqi rəhbəri Telman Qəniyevdir. Tamaşada bütün aktyor truppası məşğul olacaq.
Qeyd edək ki, teatra yeni yaradıcı gəncləri cəlb etməklə, beynəlxalq teatr festivalları standartlarına uyğun bir neçə monotamaşanın da hazırlanması nəzərdə tutulur. Bu istiqamətdə artıq ilk addımlar atılıb. Belə ki yazıçı Ülviyyə Heydərovanın yeni monopyesinin gənc rejissor Ümid Abbasla gənc aktyor Kamran Muradlının yaradıcılıq işlərinə start verilib. Gənc və istedadlı yazarın “Uşaqlıq” adlı digər bir monopyesinə isə xalq artisti Firudin Məhərrəmov quruluş verəcək. İfaçı gənc aktrisa İlahə Səfərovadır. Hər iki monotamaşanın səhnə tərtibatı teatrın baş rəssamı Elşən Sərxanoğluya məxsusdur. Monotamaşalar fevral ayında Sumqayıtlı teatrsevərlərin ixtiyarına veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB