“Buz krallığı” proqramı yekunlaşıb

“Buz krallığı” proqramı yekunlaşıb

Bakı Dövlət Sirkində möhtəşəm “Buz krallığı” adlı sirk proqramı yekunlaşıb. SİA-nın məlumatına görə, tamaşaçıları həmişə yeniliklərlə, qeyri-adi nömrələrlə sevindirən Bakı Dövlət Sirki bu dəfə də ənənəsinə sadiq qalıb.

Ötən il dekabrın 27-dən təqdim edilən proqrama qeyri-adi lazer və işıq effektləri, əhliləşdirilmiş heyvanlar, hava gimnastları, akrobatlar, janqlyorlar, illüziya, motosiklet və şən klounlar daxil idi. Bütün bunlar tamaşaçılara buz üzərində təqdim olunub.

Sirk proqramı tamaşaçılar tərəfindən maraqla izlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə