Azərbaycanın “Eurovision-2011” təmsilçilərinin səhnə adları dəyişdirilib

Azərbaycanın “Eurovision-2011” təmsilçilərinin səhnə adları dəyişdirilib

Azərbaycanı "Euovision-2011" mahnı müsabiqəsində təmsil edəcək ifaçıların səhnə adları dəyişdirilib.

SİA-nın xəbərinə görə, bir müddət əvvəl Eldar Qasımov və Nigar Camalın Ell&Nikki adı altında çıxış edəcəkləri nəzərdə tutulmuşdu. Ancaq təmsilçilər onlara verilən səhnə təxəllüsü ilə deyil, öz adları (Eldar&Nigar) ilə çıxış edəcəklər.

Xatırladaq ki, 56-cı "Eurovision" mahnı müsabiqəsi Almaniyanın Düsseldorf şəhərində keçiriləcəkdir. Mayın 10-da və 12-də yarımfinallar, 14-də isə final olacaqdır.

Azərbaycan təmsilçiləri mayın 10-da keçiriləcək I yarımfinalda səhnəyə çıxacaqlar. Eldar və Nigar "Fortuna Arena"da "Running Scared" mahnısını ifa edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə