Estoniyanın Opera və Balet Teatrına 2019-cu ildə rekord sayda tamaşaçı gəlib

Estoniyanın Opera və Balet Teatrına 2019-cu ildə rekord sayda tamaşaçı gəlib

Estoniyanın Milli Opera və Balet Teatrına 2019-cu ildə rekord sayda – 185 min 548 balet və opera həvəskarı gəlib.

SİA xəbər verir ki, Estoniyanın milli teatrında, ümumilikdə, 398 tamaşa göstərilib. Təhsil layihələri çərçivəsində isə Opera və Balet Teatrına 10 min 544 nəfər baş çəkib.

Keçən ilin ən məşhur tamaşaları arasında C.Skyavoninin “Alisa möcüzələr ölkəsində”, P.Çaykovskinin “Şelkunçik”, C.Bokun “Damdakı skripkaçı” musiqili komediyası yer alıb.

Ötən ilin ölkə tarixində ən əlamətdar hadisəsi Estoniya Milli Operasının aktyorlarının 300 nəfərlik truppa ilə Moskvanın “Böyük Teatr”ında çıxış etmələri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə