Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, universitetin rektoru İlham Mədətov dünya azərbaycanlılarının həmrəyliyinin dövlət səviyyəsində bayram edilməsinin Ümummilli Lider Heydər Əliyevin xalqımız və vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərindən biri olduğunu deyib.
Diqqətə çatdırılıb ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Ulu Öndər Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edərək dünya azərbaycanlılarının birlik və həmrəylik ideyasının ölkə miqyasında təsbit edilməsinə nail olub. Davamlı yüksəliş yolunun bir millət olaraq həmvətənlərimizin monolit birliyindən keçdiyini vurğulayan rektor deyib: “Dünyanın hansı bucağında yaşamasından asılı olmayaraq əksər soydaşlarımız Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşən islahatlar paketi və qazanılan nailiyyətlərlə fəxr edirlər”.
Hər bir ölkənin strateji məqsədləri sırasında ixtisaslı kadr hazırlığı prosesinin olduqca məsuliyyətli və şərəfli vəzifə olduğunu qeyd edən rektor İ.Mədətov ATMU-da bu ənənənin hər zaman qorunub saxlanacağına əminliyini bildirib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB