Beynəlxalq Muğam Mərkəzində “Kamançanın əmsallarının, kamança ailəsinin və kamanlı alətlərin ölçü sistemlərinin təyin edilməsi” mövzusunda dəyirmi masa təşkil olunub. SİA-nın məlumatına görə, tədbir çərçivəsində kamanlı alətlərin ölçü sistemlərinin təyin edilməsi məsələsi müzakirə olunub, ölçü sistemlərinə aid kitabça iştirakçılara, o cümlədən bu sahə ilə məşğul olan ustalara təqdim edilib. Müzakirələrdə simli alətlər üzrə mütəxəssislər, elm adamları, bu alətlərin ifaçıları və ustalar iştirak ediblər.
Layihənin ideya müəllifi Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov, koordinatoru isə filologiya elmləri üzrə fəlsəfə doktoru, tədqiqatçı-alim Gülhüseyn Kazımlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB