Nazir mədəniyyət sahəsində 2019-cu ildə əldə olunan uğurlardan danışıb - TƏDBİR

Nazir mədəniyyət sahəsində 2019-cu ildə əldə olunan uğurlardan danışıb - TƏDBİR

“Bu il müddətində nazirliyin fəaliyyəti olduqca geniş, zəngin, maraqlı və mürəkkəb olub: “Bunu Mədəniyyət Nazirliyinin hesabat yığıncağında Mədəniyyət Naziri Əbülfəs Qarayev deyib.

Nazir birldirib ki, bu ilin əvvəlindən hər il olduğu kimi prezident İlham Əliyev tərəfindən il “Nəsimi” ili elan olunub: “Mən öz açıqlamalarımda qeyd etmişəm ki, Nəsimi ilinin elan olunması sanki mədəniyyət, ədəbiyyat, elm, fəlsəfə, şeir, söz, dil ilinin elan olunmasına bərabərdir. Çünki Nəsiminin Azərbaycan tarixində Azərbaycançılıq məfkurəsinin formalaşdırılmasında qoyduğu iz əvəzolunmazdır. Bu il bütün fikrimiz, nəaliyyətlərim, niyyətlərimiz hər biri məhz Nəsiminin adı ilə bağlı olub. Hesab edirəm ki, ilin yekunları onu göstərir ki, Nəsimi doğrudan da bu il müddətində xalqımıza yeni bir simada qaytarılıb. Ulu Öndər Heydər Əliyev düz 50 il bundan öncə Nəsiminin Azərbaycana məxsusluğunu UNESCO səviyyəsində sübut edib. Cənab Prezident İlham Əliyevin müdrikliyi məhz bu məsələdə də öz sözünü deyib. Beləki, 50 ildən sonra Nəsiminin adını xalqımıza yeni nəsilə 21-ci əsrdə yeni bir işıqda yenidən qaytarıb. Azərbaycanın getdiyi inkişaf yolunda onu bizimlə aparmağa qərar verib”.

Ə.Qarayev qeyd edib ki, təqdim etdiyimiz hesabatlarda bölmələr var və bu bölmələrin hər biri hər şöbənin bilavasitə təmasda olduğu təşkilatlarla fəaliyyəti haqqında geniş məlumat verilib: “Qeyd etməliyəm ki, incəsənət şöbəsində xüsusi əhəmiyyət kəsb edən layihə gerçəkləşib. Bu layihələrdən biri də Tahir Salahovun dekorasiyalarının Bakıya təqdim olunması. Həmçinin artıq Fikrət Əmirov və Qara Qarayev musiqisini dünyanın aparıcı musiqi kanalı “Mezzo” tam şəkildə təqdim edir və bu proses 5 il müddətində davam edəcək. Növbəti illərdə bu layihəni genişləndirmək və yeni əsərləri onlara təqdim etmək istəyirik”.

Nazir vurğulayıb ki, ən önəmli festivallardan biri də Rostropoviç festivalıdır: “Bu festival Azərbaycanda musiqi festivalları şəbəkəsində özünə layiqli yer tutub və bu festivalın həyata keçirilməsi artıq Respublikada ziyalıların, müsiqisevərlərin arasında xüsusi marağa səbəb olub. Son 10 il müddətində Azərbaycan bəstəkarlarının bəstələdiyi əsərlərin hər biri hesabat konsertlərində səsləndirilib”.

Teatr fəaliyyəti haqqında Ə. Qarayev danışarkən bildirib ki, teatr sənəti yeni bir dövrə qədəm qoyur: “Bu sahədə də cənab Prezidentin iki sərəncamının məntiqi nəticəsi olub. Belə ki, Cəlil Məmmədquluzadənin 150 illik yubileyi, Cəfər Cabbarlının 120 illik yubileyinin keçirilməsi bütün teatr işçilərinə yeni istiqamət verib. Azərbaycanda son zamanlar hər bir teatrın uğurlu tamaşası diqqətə layiqdir və böyük müəlliflərin əsərləri ilə yanaşı, yeni dövr dramaturgiyasına müraciət olunması bizi sevindirir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə