“Muzey əşyalarının daimi mühafizə portalı”nın təqdimatı keçirilib FOTOLAR

“Muzey əşyalarının daimi mühafizə portalı”nın təqdimatı keçirilib FOTOLAR

Sumqayıt şəhərində “Muzey əşyalarının daimi mühafizə portalı”nın təkmilləşdirilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat – treninqlərin yekun mərhələsi keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, məlum olduğu kimi, Mədəniyyət Nazirliyi Əsasnaməsinə uyğun olaraq mühafizə olunan mədəni sərvətlərin siyahısı nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməli və mütəmadi olaraq yenilənməlidir. Bununla əlaqədar, nazirliyin sifarişi ilə yaradılmış “Muzey əşyalarının daimi mühafizə portalı”nın “AdZone” şirkəti tərəfindən yenilənmiş proqram təminatının istifadə qaydaları işlənilib.

Cari ilin iyun-iyul aylarında “Muzey əşyalarının daimi mühafizə portalı”nın yenilənmiş proqram təminatının izah edilməsi məqsədilə nazirliyin məsul nümayəndələri və müvafiq İT şirkətinin əməkdaşlarının iştirakı ilə Qəbələ, Şəmkir, Lənkəran rayonlarında, habelə Bakı şəhərində dörd mərhələdən ibarət təqdimat-treninqlər keçirilib.

Treninqlərin səmərəliliyini və işin gedişatına müsbət təsirini nəzərə alaraq, Gəncə şəhər Heydər Əliyev Mərkəzində Kürdəmir, Ağstafa, Şəmkir, Gəncə, Bərdə, Ağcabədi, Ağdaş, Şəki regional mədəniyyət idarələrinin tərkibinə daxil olan Heydər Əliyev mərkəzlərinin və muzeylərin direktor, baş mühafiz və portalla işləyən operatorlarının iştirakı ilə yenidən iki mərhələdən ibarət şəkildə keçirilməsi nəzərdə tutulmuş təqdimat-treninqlərin birinci mərhələsi keçirilib.

Cari ilin 29 noyabr tarixində isə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt, Xaçmaz, İsmayıllı, Sabirabad, Biləsuvar, Masallı, Lənkəran regional mədəniyyət idarələrinin tərkibinə daxil olan, habelə Bakı Şəhər Mədəniyyət Baş Idarəsinin və bilavasitə nazirliyin tabeliyində olan Heydər Əliyev mərkəzlərinin və muzeylərin direktor, baş mühafiz və portalla işləyən operatorlarının iştirakı ilə təqdimat-treninqlərin ikinci-yekun mərhələsi keçirilib.

Sözügedən təqdimat-treninq Nazirliyin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova, İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Qabil Abbasov, Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin Mədəniyyət sərvətlərinə nəzarət və reyestrlər sektorunun müdiri Yaşar Hüseynli, Azərbaycan İstiqlal Muzeyinin direktor vəzifəsini müvəqqəti icra edən Sədi Mirseyibli və həmin muzeyin baş fond mühafizi Aida Axundova, “Adzone” şirkətinin layihə meneceri Barat Qubatovun, həmin şirkətin proqramçısı İlham Kazımovun, habelə tabeliyində olan Heydər Əliyev mərkəzlərinin və muzeylərin direktor, baş mühafiz və portalla işləyən operatorlarının iştirakı ilə keçirilib.

Təqdimat-treninq zamanı portalın yenilənmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat nümayiş olunmuş, o cümlədən portalla bilavasitə məşğul olan operatorlara regionda fəaliyyət göstərən şəhər (rayon) Heydər Əliyev mərkəzləri, aparıcı muzeylər, ev və xatirə muzeyləri, şəhər (rayon) tarix-diyarşünaslıq muzeyləri tərəfindən muzey fondlarında qorunub saxlanılan eksponatların portal vasitəsilə idarə edilməsi qaydası göstərilib, çoxsaylı suallar cavablandırılıb, təlimatlar keçirilib, habelə “Muzey əşyalarının daimi mühafizə portalı”nın yenidən işlənilmiş proqram təminatının təkmillləşdirilməsinə dair bir sıra maraqlı rəy, təkliflər əldə edilib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Muzey sərvətlərinin daimi mühafizə portalı” üçün vahid idarəetmə sisteminin yaradılması məqsədilə muzeylər tərəfindən toplanılıb və sistemləşdirilmiş məlumat bazasının idarə olunması, yenilənməsi və internet məkanında təqdim olunması üçün veb-proqram təminatı ən müasir, beynəlxalq və milli texniki parametrlərə və təhlükəsizlik standartlarına cavab verərək, gələcəkdə digər məlumat bazaları və veb-portalları ilə inteqrasiya olunacağı proqnozlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə