Nəsiminin 650 illyinə həsr edilmiş şeir müsabiqəsinə yekun vurulub
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi, şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş şeir müsabiqəsinə yekun vurub. SİA-nın məlumatına görə, münsiflər heyətinin ümumi rəyi ilə final mərhələsində iştirak etmək üçün 2 nəfər – Fatimə Kazımlı və Rufiz Quluzadə qalib seçilib.
Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan klassik ədəbiyyat nümunələrinin təbliği, istedadlı uşaqların aşkarlanmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB