Festival iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib FOTOLAR
Azərbaycan Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş musiqi festivalının iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub.
SİA-nın məlumatına görə, sonra dahi bəstəkarlarımız Üzeyir Hacıbəyli, Qara Qarayev və zəmanəmizin görkəmli müğənnisi, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin məzarları önünə gül dəstələri düzülüb.
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə bildirib ki, xalqımız heç zaman bu insanları unutmayacaq onların xatirəsini daim qəlblərində yaşadacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB