Bəstəkarlar İttifaqında musiqişünas alimin yaradıcılığına nəzər salınacaq
Oktyabrın 4-də Azərbaycan Bəstəkarlar İttifaqında fəlsəfə elmləri doktoru, sənətşünaslıq doktoru, Bakı Musiqi Akademiyasının professoru Mina Hacıyevanın anadan olmasının 50, yaradıcılığının 30 illiyi münasibətilə tədbir keçiriləcək. Bu barədə SİA-ya Bəstəkarlar İttifaqının mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə musiqişünas alimin yaradıcılığına nəzər salınacaq və məruzələr dinləniləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB