“Azərbaycan dirijorları - Əşrəf Həsənov-110” adlı tədbir keçirilib FOTOLAR
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində “Azərbaycan dirijorları - Əşrəf Həsənov-110” adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova sənətkarın həyat və yaradıcılığından söz açıb, onun xidmətləri haqqında məlumat verib.
Tədbir çərçivəsində muzeyin elmi işçisi Əzirə Abdullayevanın “Azərbaycan dirijorları - Əşrəf Həsənov-110” mövzusunda məruzəsi dinlənilib. Çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.
Tədbirdə Əşrəf Həsənovun dirijorluq etdiyi operadan videoçarx nümayiş edilib, Bakı Musiqi Akademiyası, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin tələbə və şagirdlərinin ifasında konsert proqramı təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB